Yuri Rud: "Ukraynada müharibənin əvvəlindən 17,4 mindən çox dinc sakin ölüb"

2026/04/1777106520.jpg
Oxunub: 293     11:41     08 May 2026    
Ukraynada müharibənin əvvəlindən 17,4 mindən çox dinc sakin həlak olub, 43 mindən çox mülki şəxs yaralanıb.

Ordu.az "İnterfaks-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna baş prokurorunun ofisinin silahlı münaqişə şəraitində törədilən cinayətlərə qarşı mübarizə departamentinin rəisi Yuri Rud "Ədalət naminə birləşənlər. Mülki əhaliyə qarşı törədilən cinayətlərə görə məsuliyyət" adlı beynəlxalq konfransın çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, 700-dən çox uşaq həlak olub, 2,4 mindən çox uşaq yaralanıb.

Rud qeyd edib ki, hərbi əməliyyatlar nəticəsində 320 mindən çox mülki infrastruktur obyekti zədələnib, bunun 263 mindən çoxu yaşayış evləri, 5 mindən çoxu təhsil müəssisələri və 1,4 mindən çoxu tibb müəssisələridir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Müharibə  


Bizi "telegram"da izləyin