“Past”: Ermənistanın təhlükəsizliyi kimin üzərində qalıb?

2026/05/1777970451.jpg
Oxunub: 400     14:57     08 May 2026    
İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammiti və burada səsləndirilən bəyanatlar Ermənistanın hazırda üzləşdiyi əsas təhlükəni bir daha nümayiş etdirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Ermənistanın təhlükəsizliyi kimin üzərində qalıb?” başlıqlı məqaləsində yazıb.

Məqalədə qeyd olunub ki, təhlükəsizlik nə emosiyadır, nə də gözəl tost.

“Təhlükəsizlik soyuq hesablamalar, aydın müttəfiqlərin mövcudluğu və real gücdür. İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammiti göstərdi ki, Ermənistan faktiki olaraq real təhlükəsizlik təminatçısından məhrum olub.

Ermənistanda keçirilən beynəlxalq forumların və Qərb liderlərinin tez-tez etdiyi səfərlərin əsas məqsədi artıq gizlədilmir. Söhbət Rusiyanın regiondan, xüsusilə Ermənistandan sıxışdırılıb çıxarılmasından gedir”, - deyə müəllif qeyd edib.

Nəşrə görə, Qərb hakimiyyətə siyasi dəstək göstərməklə paralel şəkildə öz strategiyasını sistemli şəkildə həyata keçirir. Çünki mövcud hakimiyyət də ona aid edilən gündəliyi eyni ardıcıllıqla icra edir.

Lakin məqalə müəllifi sual edir ki, bu prosesin bədəlini kim ödəyəcək və Ermənistanla erməni xalqını nə gözləyir?

Bir sıra ekspertlərin fikirlərinə istinad edən nəşr bildirib ki, əgər regionda sərt hərbi faktor kimi Rusiya mövcud olmasa, Türkiyə-Azərbaycan tandemi sürətlə Ermənistana öz təsirini qəbul etdirməyə çalışacaq.

“Hesablama sadədir: köhnə müttəfiq uzaqlaşdırılır, yeni müttəfiq isə yalnız kağız üzərində qalır. Avropa və kollektiv Qərb Ermənistanı hərbi iştirakla qorumaq niyyətində deyil. Nəticədə tam təhlükəsizlik vakuumu yaranır”, - deyə nəşr bildirib.

“Past” vurğulayıb ki, mövcud vəziyyət artıq nəzəri təhlükə deyil.

“Məsələ birdir və son dərəcə ciddidir: cəmiyyət anlayırmı ki, mövcud hakimiyyətin siyasəti nəticəsində Ermənistanın yeganə təhlükəsizlik sistemi dağıdılıb?” - deyə məqalədə qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İrəvan    


Bizi "telegram"da izləyin