Tramp əmindir ki, İran ABŞ ilə razılaşmanı özündən daha çox istəyir

2025/06/1751272550.jpg
Oxunub: 387     10:20     08 May 2026    
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, İran tərəfi hələ də Vaşinqtonla razılaşma əldə etmək istəyir.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Tramp əmindir ki, İran ABŞ ilə razılaşmanı ondan daha çox istəyir.

“Məncə, onlar bu razılaşmanı məndən daha çox istəyirlər”, - deyə Tramp Vaşinqtonda jurnalistlərə bildirib.

“The New York Times” onun sözlərini sitat gətirib.

ABŞ Prezidenti qeyd edib ki, razılaşma “baş tutmaya da bilər, həmçinin istənilən gün baş tuta bilər”.

Tramp yaxın zamanda Hörmüz boğazında ABŞ esminesləri ilə baş vermiş insident fonunda İranın ABŞ ilə “flört etdiyini” bildirib.

Eyni zamanda, “The Guardian”ın yazdığına görə, ABŞ lideri jurnalistlərə ABŞ-nin İranla danışıqları davam etdirdiyini də deyib.

Daha əvvəl Tramp ABŞ ilə İran arasında atəşkəs rejiminin hələ də qüvvədə olduğunu vurğulamışdı.

“Atəşkəs davam edir. O işləyir”, - deyə Tramp “ABC News” telekanalına bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin