“Tasnim”: İran Silahlı Qüvvələri Hörmüz boğazında və Çabahar limanının cənubunda ABŞ gəmilərinə hücum edib

2026/05/1778219837.jpg
Oxunub: 542     09:54     08 May 2026    
İran Silahlı Qüvvələri Hörmüz boğazından Çabahar limanının cənubuna qədər olan ərazidə ABŞ gəmilərinə hücum edib.

Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

“ABŞ-nin “aqressor, terrorçu və dəniz qulduru ordusu” atəşkəs rejimini pozaraq İranın sahil sularından, Cask bölgəsindən Hörmüz boğazına doğru hərəkət edən İran neft tankerinə, həmçinin BƏƏ-nin Füceyrə limanı qarşısında boğaza daxil olan başqa bir gəmiyə zərbə endirib.

Eyni zamanda, regionun bəzi ölkələri ilə əməkdaşlıq şəraitində Xəmir limanı, Sirik və Qeşm adasının sahilyanı mülki ərazilərinə hava hücumları həyata keçirilib”, - deyə İran KİV-i yazıb.

Məlumata görə, İran İslam Respublikasının Silahlı Qüvvələri də cavab olaraq dərhal Hörmüz boğazının şərqində və Çabahar limanının cənubunda ABŞ hərbi gəmilərinə hücum edib və onlara ciddi ziyan vurub.

“Cinayətkar və aqressor” Amerika, həmçinin ona dəstək verən ölkələr bilməlidir ki, İran İslam Respublikası əvvəl olduğu kimi bundan sonra da istənilən təcavüz və hücuma ən kiçik tərəddüd olmadan dağıdıcı cavab verəcək”, - deyə bəyanatda bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Hörmüz   Çabahar  


Bizi "telegram"da izləyin