Ordu.az xəbər verir ki, bu barədə “Fox News” telekanalının jurnalisti Cennifer Qriffin “X” sosial şəbəkəsində yazıb.
Qriffinin sözlərinə görə, yüksəkvəzifəli rəsmi həmçinin Səudiyyə Ərəbistanı və Küveytin “Azadlıq” əməliyyatı çərçivəsində amerikalılara öz bazaları və hava məkanından istifadə icazəsini qəfil geri götürməsi barədə məlumatı təsdiqləyib.
Həmin rəsminin sözlərinə görə, qərar ləğv olunub.
Məlumata görə, Səudiyyə hakimiyyəti Pentaqonun bazar ertəsi İranın endirdiyi zərbələrin əhəmiyyətini azaltması və bazar günü hərbi əməliyyatın başlanacağını elan etdikdən sonra Hörmüz boğazının açılması və gəmilərin keçidi ilə bağlı “Azadlıq” əməliyyatını qəfil dayandırması səbəbindən qəzəblənib.
Sevinc Əliyeva
Ordu.az