İran və Pakistanın bir qrup dənizçisi Sinqapur sahillərində qalıb

2026/03/1773298624.jpg
Oxunub: 315     09:00     08 May 2026    
Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar sinqapurlu həmkarı Vivian Balakrişnanla telefonla danışıb və Pakistan ilə İran vətəndaşlarının qaytarılması istiqamətində kömək istəyib.

Ordu.az xəbər verir ki, İshaq Dar bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Sinqapur sularının yaxınlığında olan gəmilərdəki 11 Pakistan və 20 İran dənizçisinin rifahının təmin olunması və vətənə qaytarılmasının asanlaşdırılması üçün dəstək xahiş etdim", - o bildirib.

İshaq Dar bu mövzuda iranlı həmkarı Abbas Əraqçi ilə də telefonla danışıb: "İran vətəndaşlarının Pakistan vasitəsilə təhlükəsiz şəkildə qaytarılmasını asanlaşdırmağa hazır olduğumuzu diqqətə çatdırdım".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Pakistan   Sinqapur  


Bizi "telegram"da izləyin