Tramp İranı onunla daha tez razılaşma əldə etməyə çağırıb

2026/05/1777615708.jpg
Oxunub: 496     03:56     08 May 2026    
ABŞ Prezidenti Donald Tramp İranı razılaşma məsələsində daha sürətli davranmağa çağırıb və əks halda İrana zərbələrin bərpası ilə yenidən hədələyib.

Ordu.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

“Əgər onlar tez bir zamanda razılaşma imzalamağa razı olmasalar, biz onlara bugünkündən daha güclü zərbələr endirəcəyik”, - deyə Tramp bildirib.

ABŞ Prezidenti yenidən qeyd edib ki, İranı “əllərində olsa, mütləq nüvə silahından istifadə edəcək lunatiklər idarə edir”.

Həmin paylaşımda Tramp bildirib ki, İran cümə gecəsi Hörmüz boğazından çıxan ABŞ-yə məxsus üç esminesi atəşə tutub.

ABŞ prezidentinin sözlərinə görə, esmineslər zərər görməyib, Amerika hərbçiləri isə effektiv cavab zərbələri endiriblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin