Azərbaycan ilə Malayziya arasında daha dərin əməkdaşlıq imkanları araşdırılır

2026/05/Ekran-1778215416.jpg
Oxunub: 364     06:07     08 May 2026    
Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov bu ölkənin parlamentinin Nümayəndələr Palatasının üzvü, Beynəlxalq Münasibətlər və Ticarət üzrə xüsusi seçilmiş Komitənin sədri Tuan Vonq Çenlə görüşüb.

Ordu.az xəbər verir ki, Azərbaycanın Malayziyadakı səfirliyi "X" sosial şəbəkə hesabında bu barədə məlumat paylaşıb.

"Görüşdə əsas diqqət Azərbaycan–Malayziya ikitərəfli münasibətlərinin möhkəmləndirilməsinə, parlamentlərarası əməkdaşlığın gücləndirilməsinə və ticarət, investisiya, eləcə də beynəlxalq məsələlər sahəsində daha dərin əməkdaşlıq imkanlarının araşdırılmasına yönəldilib", - paylaşımda bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Malayziya  


Bizi "telegram"da izləyin