Fransanın "Şarl de Qoll" aviadaşıyıcısı Qırmızı dənizə çatıb

2026/03/1772438394.jpg
Oxunub: 478     23:42     07 May 2026    
Fransanın “Şarl de Qoll” aviadaşıyıcısı Qırmızı dənizə daxil olub.

Ordu.az xəbər verir ki, bu barədə BFMTV telekanalının efirində Fransa Müdafiə Nazirliyi yanında deleqat-nazir Alis Rüfo bildirib.

“Hal-hazırda aviadaşıyıcı Suveyş kanalından keçir və Qırmızı dənizdədir. Bu ilkin yerləşdirilmədir”, -deyə deleqat- nazir qeyd edib.

O, xatırladıb ki, bundan əvvəl gəmi Fransanın müttəfiqləri - Fars körfəzi ölkələrinə dəstək missiyası çərçivəsində Aralıq dənizinin şərq hissəsində mövqe tuturdu.

Rüfonun fikrincə, bu yerləşdirilmə Fransanın Hörmüz boğazında təhlükəsiz dəniz nəqliyyatının təmin edilməsi məsələsində hərəkətə keçməyə hazır olduğuna dair güclü siqnaldır. “Biz münaqişənin tərəfi olmadan belə, buna görə məsuliyyəti üzərimizə götürməyə hazırıq”,- deyə deleqat-nazir vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Aviadaşıyıcı  


Bizi "telegram"da izləyin