Pakistanda silahlı toqquşma zamanı iki nəfər həlak olub

2026/05/thumb-1778182927.jpg
Oxunub: 458     23:32     07 May 2026    
Pakistanın Xayber-Paxtunxva vilayətinin Bacaur rayonunda təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında atışma nəticəsində iki uşaq həlak olub, dörd nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə rəsmi mənbələrə istinadən "Dawn" qəzeti məlumat yayıb.

"Vara-Mamund ərazisində toqquşma cümə axşamı axşam saatlarında, Təhlükəsizlik Qüvvələri bu ərazidə ehtimal edilən yaraqlıların axtarışı üzrə əməliyyat keçirərkən baş verib. Malakana-Dama-Dola ərazisinin sakinləri atəş altında qalıblar", - məlumatda bildirilir.

Qeyd olunur ki, yaralılar tibbi yardım göstərilməsi üçün Xardakı rayon xəstəxanasına çatdırılıblar. Tibb müəssisəsindən bildirilib ki, zərərçəkənlərin vəziyyəti qənaətbəxşdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Silahlı-toqquşma  


Bizi "telegram"da izləyin