Ordu.az xəbər verir ki, ABŞ Prezidenti braziliyalı həmkarı ilə keçirilən danışıqları yüksək qiymətləndirib.
“Braziliyanın çox enerjili Prezidenti Luis İnasio Lula da Silva ilə görüşüm yenicə başa çatdı. Biz bir çox mövzuları, o cümlədən ticarət və xüsusilə tarifləri müzakirə etdik. Görüş çox yaxşı keçdi. Nümayəndələrimiz bir sıra əsas məsələləri müzakirə etmək üçün görüş planlaşdırırlar. Zərurət yaranarsa, qarşıdakı aylarda əlavə görüşlər təyin ediləcək”, - deyə Tramp yazıb.
Sevinc Əliyeva
Ordu.az