Tehran əyalətindəki bütün dövlət qurumları şənbə günündən tam fəaliyyətini bərpa edəcək

2026/04/1777437793.jpg
Oxunub: 394     19:19     07 May 2026    
İranın Tehran əyalətində yerləşən bütün nazirliklər, dövlət təşkilatları və icra orqanları şənbə günündən etibarən tam iş rejiminə keçəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyinə açıqlamasında Tehran əyalətinin qubernatoru Məhəmməd Sadiq Motamedian məlumat verib.

“Məktəblər və universitetlər də Təhsil, Elm, Tədqiqat və Texnologiyalar nazirliklərinin müəyyən etdiyi qaydalara uyğun olaraq normal fəaliyyətinə qayıdacaq”, - deyə Motamedian əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tehran   İran  


Bizi "telegram"da izləyin