Ordu.az xəbər verir ki, bunu erməni tarix elmləri namizədi Mikayel Malxasyan özünün “Facebook” səhifəsində yazıb.
“Avropapərəstlərlə rusiyapərəstlər son günlərdə İrəvandan Rusiya Federasiyasının ünvanına avropalı rəsmilərin dilindən səslənən ifadələri müzakirə etdikləri bir vaxtda, icazə verin diqqətinizi kölgədə qalan anti-Amerika çıxışlarına yönəldim.
Sülh gündəliyini ABŞ ilə qururduq, elə deyilmi? Yoxsa mən səhv edirəm? Əvvəlcə həmin “sülhü” 2020-ci il noyabrın 9-da Rusiya ilə qururdular, 2022-ci il oktyabrın 6-da Fransa ilə, 2025-ci il avqustun 8-də isə ABŞ ilə qurdular. İndi ABŞ-dən hansı reaksiyanı gözləyirsiniz? Yoxsa unutmusunuz ki, dünya fövqəldövlətinin ünvanına ifadələr işlətməyin mümkünsüz olduğunu bəyan edirdiniz?..”, - deyə o qeyd edib.
Malxasyan bildirib ki, əgər geosiyasi oyunlar haqqında İrəvandan danışılmasaydı, əslində geosiyasi oyunlar onu maraqlandırmazdı.
“Çünki bu halda İrəvan platforma, yəni obyekt rolunu oynayır. Məgər görmürsünüzmü ki, yuxarıda qeyd olunan üç dövlətlə imzalanmış sənədlərdə biz artıq subyekt deyildik, sadəcə obyekt idik və həmin oyunçular bizimlə öz istəklərinə uyğun davranaraq bizə imzalayan tərəf olmaq “şərəfini” verdilər.
Və bu halda onlardan “inciməzdən” əvvəl düşünmək lazımdır ki, biz geosiyasi qütblərə yaxınlaşmazdan öncə obyekt kimi nə etməyə hazırıq. Əks halda, təəssüf ki, erməni gündəliyi ilə gələcək olmayacaq...”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az