Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Ermənistanda ictimai əhval-ruhiyyənin yeni mənzərəsi: Sosioloji tapıntılar” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, məqsəd ictimaiyyətin siyasi üstünlüklərini və tanınmış fərdi fiqurlara münasibətini müəyyənləşdirmək olub.
“Siyasi qüvvələrin reytinqləri: İrəvan, regionlar və Gümrü
Sorğu iştirakçılarına belə sual verilib: “Əgər seçkilər gələn bazar günü keçirilsəydi, hansı siyasi qüvvənin lehinə səs verərdiniz?”. Nəticələr regionlar üzrə aşağıdakı kimi bölünüb:
İrəvanda:
“Güclü Ermənistan” partiyası - 19%
“Hayastan” bloku - 12%
“Vətəndaş Müqaviləsi” partiyası - 11%
“Çiçəklənən Ermənistan” partiyası - 10%
“Birliyin Qanadları” - 4%
“Yeni güc” - 2%
Digər qüvvələr - 6%
Cavab verməkdə çətinlik çəkirəm - 36%
Regionlarda:
“Güclü Ermənistan” partiyası - 21%
“Çiçəklənən Ermənistan” partiyası - 18%
“Vətəndaş Müqaviləsi” partiyası - 17%
“Hayastan” bloku - 7%
“Birliyin Qanadları” - 3%
“Yeni güc” - 1%
Digər qüvvələr - 7%
Cavab verməkdə çətinlik çəkirəm - 26%
Gümrüdə:
“Çiçəklənən Ermənistan” partiyası - 23%
“Güclü Ermənistan” partiyası - 17%
“Vətəndaş Müqaviləsi” partiyası - 13%
“Hayastan” bloku - 7%
“Birliyin Qanadları” - 3%
“Yeni güc” - 1%
Digər qüvvələr - 9%
Cavab verməkdə çətinlik çəkirəm - 27%”, - deyə müəllif qeyd edib.
Məqalədə bildirilib ki, sorğunun ikinci mərhələsi ilə ictimai və siyasi fiqurlara qarşı müsbət münasibət müəyyənləşdirilməyə çalışılıb.
“Göstəricilər aşağıdakı kimi sıralanıb:
Qaqik Tsarukyan - 37%
Samvel Karapetyan - 31%
Robert Köçəryan - 13%
Nikol Paşinyan - 11%
Arman Tatoyan - 8%
Sosioloji sorğunun nəticələri siyasi meydanda mövcud olan çoxqatlı mənzərəni və xüsusilə paytaxt İrəvanda nəzərə çarpan böyük qərarsız vətəndaş kütləsini təsdiqləyir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az