Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Vətən” partiyasının icra orqanının üzvü Babken Harutyunyan Ermənistan və Fransa arasında strateji tərəfdaşlıq haqqında memorandumun imzalanmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistan üçün əsas problem hələ də erməni mallarının Fransaya ixracı olaraq qalır.
“Bu istiqamətdə indiyədək kifayət qədər iş görülməyib və ciddi nəticələr yoxdur. İqtisadiyyatın diversifikasiyası olmadan ölkənin dayanıqlığını artırmaq mümkün deyil, əks halda geosiyasi mərkəzlər arasında sıxışıb qalacağıq.
Beləliklə, Fransa ilə münasibətlərin həqiqətən strateji xarakter alması və yalnız siyasi münasibətlərlə məhdudlaşmaması üçün bütün güc və səyləri əsirgəmədən erməni mallarının ixracında ciddi həcmə nail olmaq lazımdır, bir neçə on milyon avroluq ixrac həcmində kifayətlənmək yox”, - deyə Harutyunyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az