Bu barədə
Ordu.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin “Xınalıq” sərhəd zastavasından hərəkətə başlayan yürüş iştirakçıları soyuq hava şəraitinə, mürəkkəb relyefə malik dağlıq ərazini böyük əzmkarlıqla qət edərək “Heydər zirvəsi”nə təyin olunmuş vaxtda çatıblar.

Zirvədə “Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusu, Dövlət Sərhəd Xidmətinin yaradıcısı, Azərbaycanın özü qədər əbədi olan Dahi Öndər” sözləri yazılmış plakat, Ümummilli Liderin şəkli, şanlı Zəfər bayrağımız və Dövlət Sərhəd Xidmətinin emblemi ucaldılaraq Dövlət Himni ifa edilib.

Sərhədçilər tərəfindən qaya üzərində “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur – 103 il” sözləri əks olunmuş xatirə lövhəsi bərkidilib.
Ordu.az