Suriya "Hizbullah" terror planının ifşa olunduğunu açıqlayıb

2025/01/1736919050.jpg
Oxunub: 359     23:20     05 May 2026    
Suriya Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri hərbi kəşfiyyatla əməkdaşlıq edərək şiə təşkilatı Hizbullahın terror planının qarşısını alan profilaktik əməliyyat keçirib.

Ordu.az-ın məlumatına görə, bu barədə Suriya Daxili İşlər Nazirliyi xəbər verib.

"Təhlükəsizlik qüvvələrinin Dəməşq, Hələb, Homs, Tartus və Latakiyada eyni vaxtda keçirdiyi reydlər nəticəsində üzvləri qonşu Livanda ixtisaslaşmış təlim keçdikdən sonra Suriyaya sızmış qruplar dağıdılıb", - deyə bildirilib.

Qeyd edilib ki, istintaq zamanı saxlanılan yaraqlıların təxribat aktları törətməyi və yüksək vəzifəli dövlət məmurlarına qarşı sui-qəsd planlaşdırdığı müəyyən edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Hizbullah   Terror  


Bizi "telegram"da izləyin