Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Azərbaycan Prezidentinin Administrasiyasının dəvəti ilə diplomat həmkarlarımla birlikdə Qarabağ regionuna səfər etdik (1-2 may - red.). Bərpa və inkişaf tempi heyrətamizdir - Ukraynanın bərpası üçün faydalı təcrübədir", - Y.Qusev yazıb.
O, həmçinin bildirib ki, səfər çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Kiyev və Bakı arasında münasibətlərin inkişafını müzakirə edib.
Ordu.az