Ermənistan Təhlükəsizlik Şurasında nə müzakirə olunub?

2026/04/1777564180.jpg
Oxunub: 300     15:15     02 May 2026    
Ermənistanın Təhlükəsizlik Şurası ötən gün Nikol Paşinyanın sədrliyi ilə iclas keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrə görə, Ermənistan Baş nazirinin aparatından bildirilib ki, iclasda Şura üzvləri ilə yanaşı prezident Vahaqn Xaçatryan, ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan, yüksək texnologiyalar sənayesi naziri Mxitar Hayrapetyan da iştirak ediblər.

“Rəsmi məlumata görə, iclas zamanı Şuranın səlahiyyətlərinə aid cari məsələlər müzakirə olunub. Mənbələr bildirir ki, qarşıdan gələn parlament seçkiləri ilə bağlı digər məsələlər də müzakirə edilib. Xüsusilə, Paşinyanı seçkilər ərəfəsində rus televiziya kanallarının, teleqram və digər platformaların aktivliyi ciddi narahat edir.

O, Təhlükəsizlik Şurasının güc strukturlarına cinayət işlərinin başlanmasını aktivləşdirməyi və təhlükə yaradan hər kəsi saxlamayı tapşırıb. Yüksək texnologiyalar naziri isə rus kanallarına və sosial şəbəkələrə nəzarəti gücləndirməli, hökumətə qarşı kampaniyaların qarşısını almalı və “Meta” şirkəti ilə aktiv işləməlidir.

Son vaxtlar iki amerikalı senator Mark Zukerberqə müraciət edərək guya Ermənistan hakimiyyətinə qarşı “hibrid müharibə” aparan rus izləri olan minlərlə səhifənin silinməsini tələb edib. Bu vəziyyətdən istifadə edən Paşinyan da belə səhifələrin siyahısının hazırlanaraq “Meta”ya göndərilməsini tapşırıb ki, onlar bloklansın”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan     İclas  


Bizi "telegram"da izləyin