Erməni siyasi xadim: “Sərhədlərin blokadadan çıxarılması halında Ermənistan Türkiyə vasitəsilə Avropa bazarına çıxa bilər”

2026/05/1777642315.jpg
Oxunub: 272     17:27     01 May 2026    
“Sərhədlərin blokadadan çıxarılması halında Ermənistan Türkiyə vasitəsilə Avropa bazarına çıxa bilər”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Artaşat bölgəsində keçirilən mətbuat konfransında “Güclü Ermənistan” partiyasının şura üzvü, partiyanın seçki siyahısına rəhbərlik edən Narek Karapetyan bildirib.

Erməni siyasətçi qeyd edib ki, partiya sərhədlərin blokadadan çıxarılmasının tərəfdarıdır, lakin türk kənd təsərrüfatı məhsullarının Ermənistan bazarını sıxışdırmaması üçün düzgün siyasət lazımdır.

O xatırladıb ki, Türkiyə kəndlilərin qaz və elektrik enerjisi xərclərinin yarısını subsidiyalaşdırır və bununla məhsulların maya dəyərini azaldır, Fərat çayı üzərində su anbarları tikir, bunun sayəsində su ilə bağlı problem yaşamır.

“Azərbaycan da kəndliləri dəstəkləyir və nəticədə bu ölkənin kənd təsərrüfatı məhsulları çox ucuzdur. Bu ölkələrin iqtisadiyyatları bu şəkildə Ermənistan üçün rəqibdir. Bizə məhsulumuzu alan tərəfdaş lazımdır. Bunlar sadə şeylərdir, amma mümkündür ki, həmvətənlərimizin çoxu bunu bilmir. Buna görə də tərəfdaşımız ya şimaldadır, ya da ərəb dünyasında”, - deyə Karapetyan qeyd edib.

Avropa bazarında mövcudluq məsələsi ilə bağlı Karapetyan qeyd edib ki, hakimiyyət son 8 ildə Aİ ilə münasibətləri bu istiqamətdə inkişaf etdirə bilməyib.

“Məsələn, Fransaya ixrac 20 faiz azalıb. Eyni zamanda, Rusiyaya ixrac Fransaya ixracdan 400 dəfə çoxdur. Ermənistan ixracatçı olmalıdır, alıcı yox. Hazırda o, alıcıdır, kreditlər götürür və xaricdə işləyən vətəndaşlardan transferlər alır. Lakin ölkə ixracatçı olacaq”, - deyə Karapetyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Karapetyan  


Bizi "telegram"da izləyin