İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

2026/05/1777633024.jpg
Oxunub: 356     14:18     01 May 2026    
İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə Ordu.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 19 kiloqram 665 qram narkotik vasitə marixuana və 20 050 ədəd müxtəlif tərkibli həbin (19950 ədəd metadon M-40, 50 ədəd Gelofen 400, 50 ədəd Tedaphen 400) İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Azərbaycan   DSX  


Bizi "telegram"da izləyin