Paşinyandan sakinə: “İçkili olmusan?”

2026/04/36180-1776853194.jpg
Oxunub: 311     14:12     22 Aprel 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 22-də Alagöz icmasında sakinlərlə görüşü zamanı sürücülük vəsiqəsi ilə bağlı suala cavab verib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Sakinlərdən biri Paşinyana müraciətlə “Bizim sürücülük vəsiqəsi məsələmiz necə olacaq?” sualını ünvanlayıb.

Paşinyan isə cavabında “İçkili olmusan?” deyə soruşub.

Sakin bildirib ki, gecə saat 3-də işini qurtardıqdan sonra iki qədəh içib və bundan sonra onu saxlayıblar. O əlavə edib ki, elə şeylər var ki, bağışlana bilər.

Paşinyan isə cavabında deyib: “Buna görə bilirsən mən nə etmişəm? Ümumiyyətlə spirtli içki qəbul etmirəm ki, məni hüquqdan məhrum etməsinlər. Mən necə hesablamışamsa, həll yolu budur”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin