“Əgər Onik Qasparyanın cəmiyyətə deyəcəyi söz varsa, gecikməyə haqqı yoxdur, danışsın” - Abrahamyan

2026/02/1771648134.jpg
Oxunub: 545     16:58     22 Aprel 2026    
“İstintaq komissiyasının keçmiş sədri A. Köçəryan Onik Qasparyanın parlamentdə qapalı formatda görüş keçirmək təşəbbüsünə münasibət bildirərək deyib ki, bu təklifə qarşılıq verməkdə məna görmürlər”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim Var” fraksiyasının katibi Tiqran Abrahamyan yazıb.

“Onik Qasparyan istintaq komissiyasında iki gün suallara cavab verib və bu hesabatda yer alıb. Bütün izahları özü verib, qeydlərini də təqdim edib. İndi nə istəyir?”, - deyə hakim partiya nümayəndəsi bildirib (“Azadlıq” radiosu).

Gözlənilən reaksiya… Yaxşı, indi Onik Qasparyanın müxtəlif maraqlı qruplarla açıq formatda görüşməsinə, ictimai çıxış etməsinə nə mane olur?

Hakim partiya gözlənildiyi kimi “qapını çırpır”, mövzu ilə maraqlananlar isə illərdir izahat gözləyirlər”, - deyə o qeyd edib.

Abrahamyan bildirib ki, əgər Qasparyanın məqsədi hakim partiyanın iştirakı ilə müzakirə idisə, çox pisdir.

“Əgər onun cəmiyyətə, maraqlı tərəflərə deyəcəyi söz varsa, gecikməyə haqqı yoxdur. Bəyanat vermisən? Hazır olduğunu bildirmisən? Müharibədən 6 il sonra danışmağa qərar vermisən? Danış, amma bir şərtlə: emosiyalardan, təbliğatdan və şəxsi “mən”dən kənarda”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Abrahamyan   Ermənistan  


Bizi "telegram"da izləyin