Ordu.az xəbər verir ki, Avropa Komissiyası tərəfindən 2026-cı il aprelin 15-də Avropa Müdafiə Fondu (EDF) çərçivəsində təsdiqlənən dəstək proqramın sürətləndirilməsini və əhatə dairəsinin genişləndirilməsini hədəfləyir.
FAMOUS 3 mərhələsinə start verildi
Finlandiyanın rəhbərliyi və “Patria”nın koordinasiyası ilə həyata keçirilən konsorsium rəsmi olaraq FAMOUS 3 adlandırılan üçüncü mərhələyə keçib. Ümumi büdcəsi 115 milyon avro olan bu mərhələdə Avropa İttifaqı tərəfindən ayrılan 79 milyon avroluq vəsait diqqət çəkir.
FAMOUS proqramı Avropanın zirehli vasitə qabiliyyətlərini inkişaf etdirməyə yönəlmiş çoxmərhələli struktur üzərində qurulub. Birinci mərhələ tamamlanıb, ikinci mərhələdə isə yeni nəsil paletli zirehli vasitə həlli olan “Patria” TRACKX hazırlanıb.
“Patria” TRACKX 2027-ci ildə seriya istehsalına keçəcək
Proqramın əvvəlki mərhələsində ortaya çıxan TRACKX platforması Avropanın paletli zirehli vasitə seqmentində hərəkət qabiliyyətini və döyüş effektivliyini artırmağı hədəfləyən yeni həll kimi önə çıxır. Sistem üzrə seriya istehsalına 2027-ci ildə başlanması planlaşdırılır.
“Patria”nın Qorunan Mobillik biznes sahəsinə cavabdeh vitse-prezidenti Cussi Yarvinen layihə ilə bağlı qiymətləndirməsində bunları deyib: “Avropanın döyüş qabiliyyətini sürətli şəkildə inkişaf etdirmək Avropa Komissiyasının əsas hədəflərindən biridir və bu cür ortaq proqramlar bunun konkret nümunəsidir. FAMOUS proqramı başlanğıcdan etibarən son dərəcə uğurlu və nəticəyönümlü irəliləyib”.
Yarvinen həmçinin TRACKX platformasına istinad edərək qeyd edib: “Əvvəlki mərhələdə hazırlanmış TRACKX Avropanın zirehli mobilite və döyüş ehtiyaclarını dəstəkləyən unikal həll kimi bazara təqdim olundu və 2027-ci ildə seriya istehsalına keçməsi planlaşdırılır”.
Standartlaşdırma və xərc yönümlü inkişaf
FAMOUS 3 mərhələsində əvvəlki nailiyyətlərin üzərində qurulmaqla xüsusilə standartlaşdırma, birgə işləyə bilmə və xərc effektivliyi məsələlərinə diqqət yetiriləcək. Proqram çərçivəsində həm yüksək ərazi keçidi qabiliyyətinə malik platformaların, həm də yüngül zirehli vasitələrin performansının artırılması hədəflənir.
Eyni zamanda həyat dövrü xərclərinin azaldılması və Avropa üzrə ortaq sistem arxitekturalarının yaradılması da prioritet hədəflər sırasındadır.
Sevinc Əliyeva
Ordu.az