İranın Tunisdəki səfiri: “ABŞ Hörmüz boğazının idarə edilməsində iştirak tələb edib”

2026/03/1773466996.jpg
Oxunub: 342     10:13     22 Aprel 2026    
İran nümayəndə heyəti ilə İslamabadda aparılan danışıqların ilk mərhələsi zamanı Amerika tərəfi digər məsələlərlə yanaşı, Hörmüz boğazının idarə edilməsində iştirak etməyi tələb edib.

Ordu.az xəbər verir ki, bu barədə İranın Tunisdəki səfiri Mir Məsud Hüseynian TASS-a bildirib.

Hüseynian qeyd edib ki, Amerika tərəfinin həddindən artıq tələbləri sırasında zənginləşdirilmiş uranın ABŞ-yə verilməsi də olub.

Diplomat təsdiqləyib ki, “danışıqların gedişi müəyyən məqamlarda müsbət idi və mövqelər bir-birinə yaxın idi”. Lakin onun sözlərinə görə, “ABŞ-nin bəzi tələbləri, məsələn, zənginləşdirilmiş uranın ABŞ-yə verilməsi mübahisə predmetinə çevrilib”.

“Bundan əlavə, belə məlumatlar var ki, Hörmüz boğazının idarə olunması ilə bağlı ABŞ Oman əvəzinə onun idarə edilməsində birbaşa iştirak tələb edib. Lakin Tehran bundan imtina edib, çünki boğaz İran və Oman ərazi sularında yerləşir və Amerikanın bununla heç bir əlaqəsi yoxdur”, - deyə səfir danışıqlar prosesində tərəflər arasında əsas fikir ayrılıqları ilə bağlı suala cavab verərkən vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin