Ordu.az xəbər verir ki, bu barədə İranın Tunisdəki səfiri Mir Məsud Hüseynian TASS-a bildirib.
Hüseynian qeyd edib ki, danışıqların vaxtı və yeri ABŞ-nin addımlarından asılıdır.
“Bu məsələ hazırda müzakirə olunur və yekun qərar yerində baş verən hadisələrin inkişafı və diplomatik məsləhətləşmələr əsasında açıqlanacaq. Hər bir halda, İranın danışıqlarda iştirakı Amerika tərəfinin hərəkətlərindən asılıdır”, - deyə diplomat vurğulayıb.
O əlavə edib ki, “İran və ABŞ-nin mövqeləri arasında ciddi fərqlərin, eləcə də Vaşinqtonun təzyiq və şərt diktə etmə siyasətinin mövcudluğu səbəbindən növbəti mərhələnin vaxtı və yerinin müəyyən edilməsində həlledici amil Amerika tərəfinin atəşkəs şərtlərinə nə dərəcədə sadiq qalacağı olacaq”.
Sevinc Əliyeva
Ordu.az