Aprelin 22-si səhər saatlarına olan vəziyyətə görə Yaxın Şərqdə əsas hadisələr

2026/03/1774243799.jpg
Oxunub: 390     09:37     22 Aprel 2026    
ABŞ ilə İran arasında danışıqlar prosesi qeyri-müəyyən olaraq qalır. Tehran öz şərtlərinin yerinə yetirildiyini bildirir, Vaşinqton isə regionda hərbi mövcudluğunu artırır. Bu fonda ABŞ atəşkəsi uzadıb.

Ordu.az çərşənbə axşamı axşam Yaxın Şərqdə baş vermiş əsas hadisələrin qısa icmalını təqdim edir.

ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsi uzatdığını bəyan edib.

O, həmçinin qeyd edib ki, dəniz blokadası aradan qaldırılarsa, İranla razılaşma mümkün deyil.

Lakin “Tasnim” xəbər agentliyinin məlumatına görə, İran hələ də öz mövqeyini rəsmi şəkildə açıqlamayıb.

İran parlamenti sədrinin müşaviri Mehdi Məhəmmədi bildirib ki, atəşkəsin uzadılması ABŞ-yə İrana qarşı yeni hücuma başlamaq imkanı verəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaxın-Şərq   ABŞ   İran  


Bizi "telegram"da izləyin