Ordu.az xəbər verir ki, bu barədə yüksək vəzifəli iranlı rəsmi çərşənbə axşamı “Reuters” agentliyinə bildirib.
O vurğulayıb ki, Tehran kapitulyasiyaya yönəlmiş danışıqları rədd edir.
Rəsmi bildirib ki, vasitəçi rolunu üzərinə götürən Pakistan ABŞ-ni dəniz blokadasını aradan qaldırmağa və bazar günü ABŞ qüvvələri tərəfindən ələ keçirilmiş İran bayrağı altında üzən “Touska” konteyner gəmisini və onun heyətini azad etməyə razı salmaq üçün səylərini davam etdirir.
O, Vaşinqtonu “müharibəni dayandırmağa yönəlmiş fikir ayrılıqlarını həll etmək əvəzinə hər gün yeni maneələr yaratmaqda” ittiham edib.
Sevinc Əliyeva
Ordu.az