ABŞ NATO-ya təxminən 1,4 milyard dollar göndərmək niyyətindədir

2026/04/1776095386.jpg
Oxunub: 394     02:40     22 Aprel 2026    
ABŞ administrasiyası 2027 maliyyə ilində NATO büdcəsinə təxminən 1,4 milyard dollar ayırmağı, eləcə də ABŞ qoşunlarının Avropada istifadə etdiyi infrastrukturu dəstəkləməyi planlaşdırır.

Ordu.az-ın məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin növbəti maliyyə ili üçün dərc olunmuş büdcə layihəsinə əlavə edilmiş məlumat sənədlərində bildirilib.

"2027 maliyyə ili büdcəsinə NATO hərbi büdcəsi ilə bağlı ümumi maliyyələşdirmə tələbləri daxilində 756,7 milyon dollar <...> daxildir", - deyə qeyd olunub. Bildirilib ki, bu, 2026-cı maliyyə ili büdcəsindən 96,1 milyon dollar artım deməkdir. Bundan əlavə, icra hakimiyyəti ABŞ qüvvələrinin Avropada istifadə etdiyi infrastrukturu dəstəkləmək üçün qarşıdan gələn maliyyə ili üçün Konqresdən 604,3 milyon dollar istəyib", - deyə bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   NATO  


Bizi "telegram"da izləyin