Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Hadisə zamanı heç bir insan itkisi baş verməyib.
Mövzu ilə bağlı Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən yayılan açıqlamada bildirilib: “Quru Aviasiya Komandanlığımıza məxsus bir CH-47 ağır nəqliyyat helikopterimiz təlim uçuşu yerinə yetirdiyi Ankara/Temelli bölgəsində hələ məlum olmayan səbəbdən qəzaya uğrayıb.
Şəxsi heyətimizdə hər hansı mənfi hal yoxdur. Qəzanın səbəbi aparılacaq ətraflı araşdırmadan sonra müəyyən ediləcək. İctimaiyyətə hörmətlə çatdırılır”.
CH-47F “Chinook”
Türkiyə Quru Qoşunları Komandanlığı və Baş Qərargah Xüsusi Hava Alayının istifadəsi üçün Müdafiə Sənayesi Komitəsi tərəfindən 2011 və 2015-ci illərdə ümumilikdə 11 ədəd CH-47F “Chinook” ağır nəqliyyat helikopteri sifariş verilib. Bu çərçivədə ilk helikopter 2016-cı ildə, son helikopter isə 2019-cu ildə Türkiyəyə təhvil verilib.
Ümumi xüsusiyyətləri:
Uzunluq: Platforma gövdəsi-52.0 ft. (15.9 m) Rotorlar daxil-99.0 ft. (30.18 m)
En: 12.42 ft (3.78 m)
Rotor diametri: 60 ft. (18.29 m)
Hündürlük: 18.92 ft. (5.77 m)
Güc: 2 ədəd “Honeywell” 55-GA-714A mühərrik, hər biri 4,733 “shp” (3,529 kW)
Maksimum sürət: 170 kt (315 km/saat)
Yanacaq: 1,034 gal. (3,914 L)
Xidmət tavanı: 20,000 fut
Faydalı yük nisbəti: 24,000 funt (10,886 kq)
Tapşırıq sahəsi: 200 nm (370.4 km)
Maksimum yük götürmə çəkisi: 50,000 funt (22,680 kq)
Tapşırıq: Döyüş əməliyyatları ilə mülki və humanitar yardım məqsədilə birliklərin, ağır silahların, sursatın, yanacağın, materialların və suyun daşınması
Sevinc Əliyeva
Ordu.az