İtaliya Meloninin ünvanına Solovyovun təhqiramiz çıxışlarına görə Rusiya səfirini çağırıb

2026/01/1768744806.jpg
Oxunub: 467     23:58     21 Aprel 2026    
“İtaliya Rusiyanın Romadakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb. Buna səbəb rusiyalı televiziya aparıcısı Vladimir Solovyovun ölkənin baş naziri Corcia Meloninin ünvanına təhqiramiz ifadələr işlətməsi olub”.

Ordu.az xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani məlumat yayıb.

İtaliya KİV-lərinin məlumatına görə, aparıcı Vladimir Solovyov Rusiya televiziyasının efirində italyan dilində Melonini “insan nəslinin rüsvayçılığı”, “vəhşi heyvan”, “tam axmaq” və “iyrənc kiçik qadın” adlandırıb. Daha sonra o, rus dilinə keçərək deyib: “Həmin Meloni seçicilərinə xəyanət etmiş faşist məxluqdur”. Solovyov əlavə edib: “O, hətta Trampa da xəyanət edib”.

Tayani “X” sosial şəbəkəsində yazıb ki, o, Rusiyanın səfiri Aleksey Paramonovu Xarici İşlər Nazirliyinə çağıraraq baş nazir Corcia Meloninin ünvanına rus televiziyasında səsləndirilmiş “son dərəcə ciddi və təhqiramiz ifadələrlə” bağlı rəsmi etirazını bildirib.

Rusiyalı televiziya aparıcısının bəyanatları hətta İtaliyanın müxalifət partiyaları tərəfindən də pislənilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   Rusiya  


Bizi "telegram"da izləyin