SAXAL: İsa Məsihin heykəlini sındıran israilli hərbçi xidmətdən uzaqlaşdırılacaq və cəzalandırılacaq

2025/01/1736919050.jpg
Oxunub: 585     23:07     21 Aprel 2026    
İsrail ordusunun (SAXAL) Livanın cənubunda İsa Məsihin heykəlini sındıran hərbçisi döyüş xidmətindən uzaqlaşdırılacaq və 30 günlük hərbi həbs cəzası alacaq.

Ordu.az xəbər verir ki, bu barədə ordunun yeni bəyanatında deyilir.

SAXAL-ın məlumatına görə, hadisəni aktını lentə alan hərbçi də oxşar cəza alacaq.

Ordu xristian simvolunun təhqir olunmasına görə dərin təəssüf ifadə edib və bildirib ki, onun Livandakı hərəkətləri mahiyyət etibarilə terrorçu hesab etdiyi “Hizbullah” və digər qruplaşmalara qarşı yönəlib, Livanın mülki əhalisinə qarşı deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SAXAL   Livan  


Bizi "telegram"da izləyin