Ərdoğan və Sindi Kiro islamofobiya ilə mübarizəni müzakirə ediblər

2026/04/1776796648.jpg
Oxunub: 510     21:44     21 Aprel 2026    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyanın general-qubernatoru Sindi Kironu qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, görüşdə Türkiyə-Yeni Zelandiya əlaqələri, regional və qlobal məsələlər müzakirə edilib.

"Türkiyənin Yeni Zelandiya ilə başda ticarət olmaqla, müdafiə sənayesi və nəqliyyat sahələrində əlaqələri inkişaf etdirməyi hədəflədiyi bildirilib", - məlumatda qeyd olunub.

Söhbət zamanı Yeni Zelandiyanın islamofobiya ilə mübarizəsi xüsusi vurğulanıb, Yeni Zelandiyanın Fələstin Dövlətini tanımasının İsrail-Fələstin münaqişəsinin iki dövlətli həllinə töhfə verəcəyi qeyd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Yeni-Zelandiya  


Bizi "telegram"da izləyin