Ordu.az xəbər verir ki, şirkət ili dayanıqlı böyümə, maliyyə intizamı və əməliyyat səmərəliliyi hədəflərinə tam uyğunluqla başa vurduğunu açıqlayıb.
Toplantıda atılan addımları dəyərləndirən “Altınay Savunma Teknolojileri”nin baş direktoru Z. Burak Mercan deyib: “Geridə qoyduğumuz il “Altınay Savunma”nın mühəndislik dərinliyini və əməliyyat çevikliyini bir daha sübut etdiyi dövr oldu. Mühəndislikdə sahib olduğumuz gücümüzlə qlobal miqyasda strateji dəyər yaratmağı hədəfləyirik”.
“Altınay Savunma Teknolojileri” qlobal dinamikaların sürətlə dəyişdiyi 2025-ci ildə yüksək əlavə dəyərli layihələri və texnologiya istehsal edən qlobal brend vizyonu ilə sabit böyüməsini davam etdirib. İnvestorlar, analitiklər və tərəfdaşların iştirakı ilə keçirilən qiymətləndirmə toplantısında şirkətin maliyyə göstəriciləri, davam edən AR-GE fəaliyyətləri və beynəlxalq bazardakı mövqeyi şəffaf çərçivədə təqdim olunub.
“Altınay Savunma”nın yalnız sistem istehsalçısı deyil, müdafiə ekosisteminə istiqamət verən mühəndislik gücü olduğunun vurğulandığı toplantıda yerli və milli texnologiyaların çətin kvalifikasiya proseslərindəki uğurları və Türkiyənin təhlükəsizlik qüvvələrinin inventarına təqdim olunan strateji töhfələr ətraflı izah olunub.
“Diqqətimizdə yalnız istehsal etmək deyil, qlobal oyunçu olmaq var”
2025-ci il fəaliyyətini qiymətləndirən “Altınay Savunma Teknolojileri”nin baş direktoru Z. Burak Mercan şirkətin vizyonu ilə bağlı aşağıdakı fikirləri səsləndirib:
“Geridə qoyduğumuz il “Altınay Savunma”nın mühəndislik dərinliyini və əməliyyat çevikliyini bir daha sübut etdiyi dövr oldu. Əsas motivasiyamız yalnız platformalara alt sistem təmin etmək deyil, orijinal, yenilikçi və oyunu dəyişdirən texnologiyalarla qlobal bazarda rəqabət aparan aktora çevrilməkdir. 2025-ci ildə əldə etdiyimiz maliyyə nəticələri bu strateji vizyonun sahədəki ən aydın əksidir.
Digər tərəfdən mühəndislikdə sahib olduğumuz gücümüzlə qlobal miqyasda strateji dəyər yaratmağı hədəfləyirik. Qarşıdakı dövrdə də maliyyə intizamımızdan güzəştə getmədən, ölkəmizin tam müstəqil müdafiə sənayesi hədəfləri çərçivəsində təhlükəsizlik qüvvələrimizin sahədəki üstünlüyünü artıracaq həllər hazırlamağa və investorlarımız üçün dayanıqlı dəyər yaratmağa qətiyyətlə davam edəcəyik”.
2025-ci ildə “Altınay”ın maliyyə göstəriciləri necə performans göstərdi?
Əsas maliyyə göstəriciləri
Konsolidasiya edilmiş dövriyyə (Satış gəlirləri): 3 milyard 139 milyon TL
Ümumi mənfəət: 993,4 milyon TL
Əsas fəaliyyət mənfəəti: 290,2 milyon TL
FAVÖK: təxminən 736 milyon TL
Xalis dövr mənfəəti (Əsas tərəfdaşlıq payı): 163,4 milyon TL
Balans xülasəsi (2025-ci il dekabrın 31-i)
Ümumi aktivlər: 9,66 milyard TL
Dövriyyə aktivləri: 4,83 milyard TL
Uzunmüddətli aktivlər: 4,83 milyard TL
Qısamüddətli öhdəliklər: 3,69 milyard TL
Uzunmüddətli öhdəliklər: 875 milyon TL
Ümumi özkapital: 5,10 milyard TL
“Backlog” (Yığılmış sifarişlər): 182 milyon dollar səviyyəsindədir (şirkətin gələcək iş yükünü göstərən kritik göstəricidir, müdafiə layihələrindən güclü dəstək alır).
2014-cü ildə yaradılıb
2014-cü ildə “Altınay Teknoloji Grubu” tərkibində yaradılan “Altınay Savunma Teknolojileri A.Ş.” yarandığı gündən etibarən Hərəkətə Nəzarət Sistemləri, İnsansız Sistemlər, Dəniz Sistemləri, Silah Sistemləri, Sursat Məhvetmə və Kritik İstehsal Sistemləri sahələrində dövlət, özəl sektor və xaricdəki müxtəlif tərəfdaşlarına məhsul və həllər təqdim edir və müxtəlif layihələrin podratçılığını həyata keçirir. 2024-cü ilin may ayında ictimai təklif prosesini uğurla tamamlayan şirkət bu addımla kapital strukturunu gücləndirib və dayanıqlı böyümə hədəfləri çərçivəsində mühüm təkan qazanıb.
Yaratdığı yüksək əlavə dəyərlə başda Türkiyə Silahlı Qüvvələri olmaqla Türkiyənin ehtiyac duyduğu texnologiyaları həyata keçirərkən qlobal oyunçu olmaq hədəfi ilə qabiliyyət və imkanlarını artırmaq istiqamətində fəaliyyətini fasiləsiz davam etdirir. “Altınay Savunma Teknolojileri” olaraq bu gün aralarında TAAC və DASAL-ın da olduğu müdafiə qrupunda əksəriyyəti öz sahəsində ixtisaslaşmış mühəndislərdən ibarət təxminən 700 əməkdaş çalışır.
Baş ofisi İstanbul Kurtköydəki “Teknopark İstanbul” kampusunda yerləşən “Altınay Savunma Teknolojileri”nin müxtəlif məkanlarda yerləşən istehsal xətti, anbar və törəmə ofisləri ilə birlikdə 40 min kvadratmetrdən çox infrastrukturu var.
“Altınay Savunma Teknolojileri” AS9100D, ISO 9001, ISO 14001 və ISO 45001 keyfiyyət idarəetmə sistemi sertifikatlarına malikdir. Şirkət eyni zamanda Milli və NATO Gizli Obyekt Təhlükəsizliyi sənədləri ilə səlahiyyətləndirilib. 2024-cü ildən etibarən IAQG/EAQG üzvü olan “Altınay Savunma” həyata keçirdiyi bütün fəaliyyətlərdə DO-178 və DO-254 standartlarını da dəstəkləyir, IEEE-12207, IEEE-15288, MIL-STD-973 və ANSI/EIA-649 kimi beynəlxalq səviyyədə qəbul olunmuş standart və yanaşmaları əsas götürür. EYDEP çərçivəsində A səviyyəsində yer alan şirkət bütün proseslərində yüksək keyfiyyət, təhlükəsizlik və dayanıqlılıq anlayışını əsas tutur.
Sevinc Əliyeva
Ordu.az