“Axios”: Vens, Uitkof və Kuşner hələ də ABŞ-dədir

2026/04/1776794031.jpg
Oxunub: 581     21:52     21 Aprel 2026    
ABŞ-nin xüsusi elçiləri Stiv Uitkof və Cared Kuşner hələ də ABŞ-dədir.

Ordu.az xəbər verir ki, bu barədə “Axios”un müxbiri Barak Ravid məlumat yayıb.

Jurnalistin sözlərinə görə, bu səhər onları Mayamidən Avropaya, oradan isə Pakistana aparmalı olan Daxili Təhlükəsizlik Nazirliyinə məxsus təyyarə bir neçə dəqiqə əvvəl havaya qalxsa da, Vaşinqton istiqamətinə uçub.

“Ehtimal ki, onlar Tramp ilə görüşə yollanırlar”, - deyə Ravid qeyd edib.

O həmçinin bildirib ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Pakistana səfəri İran rəhbərliyi daxilində sülh danışıqlarının yrni mərhələsində iştirakla bağlı mövcud fikir ayrılıqları səbəbindən təxirə salınıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   Uitkof   Kuşner  


Bizi "telegram"da izləyin