Rusiya kosmosa üç hərbi peyk buraxıb

2026/04/1776792651.jpg
Oxunub: 458     21:34     21 Aprel 2026    
Rusiya Plesetsk hərbi kosmodromundan “Soyuz-2.1b” daşıyıcı raketi ilə Rusiya Müdafiə Nazirliyinə məxsus gizli yükü kosmosa göndərib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, bütün peyklər hədəf orbitlərinə uğurla yerləşdirilib və Rusiya Hava-Kosmos Qüvvələrinin yer idarəetmə bölmələrinə təhvil verilib.

Orbit məlumatları kəşfiyyat peyklərinə işarə edir

Analitiklər yayımlanan görüntülərdə “Soyuz” raketinin adətən “Volga” yuxarı pilləsi ilə birlikdə istifadə olunan yük örtüyü ilə buraxıldığını bildirirlər. Bununla yanaşı, həmin peyklə bağlı okeanlara düşmə xəbərdarlıqlarının edilməməsi diqqət çəkib.

ABŞ Kosmik Qüvvələri təxminən 450-550 kilometr yüksəklikdə qütb orbitlərində yerləşən üç obyekti kataloqa daxil edib. Bu cür orbitlər xüsusilə kəşfiyyat peykləri üçün xarakterik hesab olunur.

Bu buraxılış Rusiyanın 2026-cı ildə ikinci hərbi peyk buraxılışı olub. Əvvəlki buraxılış fevralın 5-də həyata keçirilmiş və həmin missiya çərçivəsində doqquz peyk orbitə yerləşdirilmişdi.

ABŞ Kosmik Qüvvələri həmin gün bu “Soyuz-2.1b” buraxılışı ilə əlaqələndirilən doqquz obyektin orbit parametrlərini də paylaşıb:

2026-023A - meyil 96,65°, perigey 326 km, apogey 329 km.
2026-023B - meyil 96,64°, perigey 487 km, apogey 511 km.
2026-023C - meyil 96,64°, perigey 487 km, apogey 512 km.
2026-023D - meyil 96,64°, perigey 486 km, apogey 512 km.
2026-023E - meyil 96,64°, perigey 487 km, apogey 512 km.
2026-023F - meyil 96,64°, perigey 485 km, apogey 513 km.
2026-023G - meyil 96,63°, perigey 484 km, apogey 514 km.
2026-023H - meyil 96,64°, perigey 484 km, apogey 514 km.
2026-023J - meyil 96,64°, perigey 484 km, apogey 514 km.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Kosmos   Peyk  


Bizi "telegram"da izləyin