Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, İran və ABŞ daha əvvəl müharibə səbəbindən bağlanan bu mühüm marşrutun açılması barədə razılığa gəlmişdi.
Atəşkəs başa çatana qədər boğazdan yalnız ticarət gəmiləri keçə bilər. İranın şərti budur ki, gəmilər və yüklər ABŞ və ya İsraillə əlaqəli olmasın.
Hərbi gəmilərin girişinə isə ümumiyyətlə qadağa qoyulub.
Bir qədər sonra məlum olub ki, boğazdan artıq ilk sərnişin gəmisi olan “Celestyal Discovery” keçib.
Sevinc Əliyeva
Ordu.az