İrakli Kobaxidze: "Cənubi Qafqaz dünyada baş verən proseslər fonunda xüsusi əhəmiyyət kəsb edir"

2026/04/17754-1775472337.jpg
Oxunub: 336     12:24     17 Aprel 2026    
Cənubi Qafqaz dünyada baş verən proseslər fonunda xüsusi əhəmiyyət kəsb edir.

Ordu.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyədə keçirilən Antalya Diplomatiya Forumunda bildirib.

"Təbii ki, bütün bu qeyri-müəyyənliklər və qlobal çağırışlar regionumuza da təsir edir. Lakin Cənubi Qafqaz dünyada baş verən proseslər fonunda xüsusi əhəmiyyət kəsb edir", - o deyib.

Kobaxidzenin sözlərinə görə, Gürcüstan yaranan imkanlardan maksimum istifadə etməyə çalışır və uzun illərdir, Avropa ilə Asiya arasında etibarlı körpü rolunu təsdiqləyir.

"Ticarət marşrutlarının ciddi çağırışlarla üzləşdiyi indiki şəraitdə tərəfdaşlarımıza müəyyən xidmətlər təklif edə bilərik. Gürcüstan malların, xidmətlərin, enerji və rəqəmsal məlumatların səmərəli daşınması üçün tranzit mərkəz rolunu oynayır. Və biz ölkəmizin bu rolunu bundan sonra da gücləndirəcəyik", - o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kobaxidze   Gürcüstan  


Bizi "telegram"da izləyin