Ukrayna bildirib ki, müharibə tezliklə başa çata bilər

2025/06/1749393132.jpg
Oxunub: 375     23:40     10 Aprel 2026    
Ukraynanın Rusiya ilə əsas danışıqlar aparıcısı Kiril Budanov “Bloomberg”ə müsahibəsində Kreml ilə mümkün sülh razılaşmasının əldə olunması istiqamətində irəliləyiş gördüyünü bildirib.

Ordu.az xəbər verir ki, o, müharibənin tezliklə başa çata biləcəyini qeyd edib.

İkinci Dünya müharibəsindən sonra Avropanın ən qanlı münaqişəsinə son qoymaq məqsədilə aparılan danışıqlar ictimai müstəvidə az nəticə versə də, Budanov danışıqların nizamlanmaya doğru getdiyi ilə bağlı nikbin olduğunu bildirib.

Ukraynanın hərbi kəşfiyyatının keçmiş yüksək vəzifəli zabiti vurğulayıb ki, onun fikrincə, Rusiya da müharibəni dayandırmaq istəyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Müharibə  


Bizi "telegram"da izləyin