Ordu.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
“O dedi ki, onların nüvə arsenalını məhv edib. Lakin aydındır ki, o bunu etməyib”, - deyə Harris qeyd edib.
Harris bildirib ki, Trampın siyasəti amerikalı hərbçilərin ölümünə və yaralanmasına, müttəfiqlərlə münasibətlərin gərginləşməsinə və amerikalılar üçün xərclərin artmasına səbəb olub.
“O yalan danışıb. İlk gündən Amerika xalqına qiymətləri aşağı salacağını dedi, amma yalan danışdı”, - deyə o bildirib.
Sevinc Əliyeva
Ordu.az