Ordu.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski UNİAN-a açıqlamasında bildirib.
O xəbərdarlıq edib ki, qarşıdakı aylar həm döyüş meydanında, həm də siyasi baxımdan çətin olacaq. “Mənim fikrimcə, sentyabra qədər bizim üçün çox çətin olacaq. Bu yaz-yay dövrü həm siyasi, həm də diplomatik baxımdan çətin olacaq. Ukraynaya qarşı təzyiq mümkündür. Cəbhədə də təzyiq olacaq”, - deyə Zelenski əlavə edib.
Onun sözlərinə görə, yay ayları ilə amerikalılar daha çox daxili proseslərə , seçkilərə fokuslanacaqlar. “Onların öz daxili son tarixləri var: ehtimal ki, avqust”, - deyə o izah edib. Zelenskinin fikrincə, bu dövrdə Rusiya daha da fəallaşa bilər.
Ukrayna prezidentinin sözlərinə görə, Rusiya “bufer zona”nı yalnız öz ərazisində deyil, həm də Belarus sərhədi boyunca genişləndirmək istəyir.
Zelenski Ukraynanın nüvə silahından imtinasını böyük səhv və aldadılma adlandırıb.
Sevinc Əliyeva
Ordu.az