Ukrayna Xəzər dənizində yerləşən hədəflərə zərbələr endirib

2026/04/1775839995.jpg
Oxunub: 513     20:46     10 Aprel 2026    
Aprelin 10-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin bölmələri Xəzər dənizində yerləşən iki qazma platformasına zərbələr endirib.

Ordu.az xəbər verir ki, əməliyyat barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Həmin qazma platformaları Xəzər dənizinin şimalında, təmas xəttindən təxminən min kilometr uzaqlıqda yerləşir və Rusiya ordusuna yanacaq və sürtkü materiallarının tədarükündə mühüm halqa hesab olunur”, - deyə ukraynalı hərbçilər bildiriblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Xəzər  


Bizi "telegram"da izləyin