Tramp yenidən İranı hədələyib

2026/04/1775582947.jpg
Oxunub: 594     20:29     10 Aprel 2026    
ABŞ-nin prezidenti Donald Tramp “The New York Post” nəşrinə müsahibəsində bildirib ki, Pakistanda sülh danışıqları uğursuz olacağı təqdirdə İran üzərinə zərbələri bərpa etmək üçün Amerika hərbi gəmiləri “ən yaxşı silahlarla” təchiz olunur.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Təxminən 24 saat ərzində hər şeyi biləcəyik. Gəmilərimizi indiyədək yaradılmış ən yaxşı silahlarla yükləyirik. Onlar əvvəllər istifadə etdiyimiz silahlardan da yaxşıdır. Əgər razılaşma əldə olunmasa, biz onlardan istifadə edəcəyik və bunu çox effektiv şəkildə edəcəyik.

İranlılar üz-üzə olanda bütün nüvə silahlarından imtina etdiklərini deyirlər, sonra isə mətbuatda bildirirlər: “Xeyr, biz uranı zənginləşdirmək istəyirik”. Biz bütün bunları aydınlaşdıracağıq”, - deyə Tramp bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin