Netanyahu Trampı amerikalı pilotun xilas olunması münasibətilə təbrik edib

2026/03/1774508251.jpg
Oxunub: 405     22:37     05 Aprel 2026    
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampı amerikalı pilotun xilas edilməsi münasibətilə təbrik edib.

Ordu.az xəbər verir ki, bu barədə Netanyahu İsrail KİV-lərinə açıqlamasında bildirib.

Netanyahunun sözlərinə görə, bütün israillilər “amerikalı qorxmaz döyüşçülərin həyata keçirdiyi cəsur amerikalı pilotun inanılmaz xilasına” sevinirlər.

“Bu, sübut edir ki, azad cəmiyyətlər cəsarət toplayanda, aşılmaz görünən maneələrə qarşı durmağa qərar verəndə qaranlıq və terror qüvvələrinə qalib gəlirlər. Bu xilasetmə əməliyyatı müqəddəs prinsipi təsdiqləyir: heç kim tək qalmır. Bu, ölkələrimizin dönə-dönə nümayiş etdirdiyi ortaq dəyərdir”, - deyə İsrailin Baş naziri bildirib.

O vurğulayıb ki, xalqının nümayəndələrinə ABŞ Prezidentinin nə qədər “cəsarətli” qərar qəbul etdiyi yaxşı məlumdur.

Bundan əvvəl ABŞ Prezidenti İran səmasında vurulmuş F-15 qırıcısının pilotunun “təhdidkar dağlarda” xilas edildiyini açıqlamışdı.

“Axios”a danışan amerikalı rəsmilərin sözlərinə görə, MKİ və komando dəstəsinin iştirakı ilə tammiqyaslı mürəkkəb əməliyyat həyata keçirilib.

Bildirilib ki, əməliyyatın bütün iştirakçıları, o cümlədən pilot hazırda İran sərhədlərindən kənardadır.

Xatırladaq ki, SEPAH Vaşinqtonun pilotun xilas edilməsi ilə bağlı bəyanatlarını təkzib edib və əməliyyatın tamamilə uğursuz olduğunu, İran tərəfinin ABŞ-yə məxsus iki helikopteri və iki hərbi-nəqliyyat təyyarəsini vurduğunu iddia edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   Tramp  


Bizi "telegram"da izləyin