Ordu.az xəbər verir ki, bu barədə Qalibaf “X” sosial şəbəkəsində yazıb.
“Sizin ehtiyatsız hərəkətləriniz ABŞ-ni hər bir ailə üçün əsl cəhənnəmə çevirir və Netanyahunun əmrlərini yerinə yetirməkdə israr etdiyiniz üçün bütün bölgəmiz alov içində olacaq. Aldanmayın: müharibə cinayətləri ilə heç nəyə nail olmayacaqsınız... Yeganə real həll yolu İran xalqının hüquqlarına hörmət etmək və bu təhlükəli oyunu dayandırmaqdır”.
Bundan əvvəl ABŞ prezidenti dəfələrlə Hörmüz boğazı açılmayacağı təqdirdə İranı “cəhənnəm”lə hədələmişdi.
Bu gün ABŞ prezidenti İrana təhqiramiz sözlər işlədib.
ABŞ prezidenti yazıb: “Çərşənbə axşamı İranda eyni vaxtda Elektrik Stansiyası Günü və Körpü Günü olacaq. Heç kim belə bir şey görməyib!!! O lənətə gəlmiş boğazı açın, dəli fırıldaqçılar, yoxsa cəhənnəmdə yaşayacaqsınız. SADƏCƏ BAXIN. Allaha həmd olsun”.
Şənbə günü Tramp Hörmüz boğazının açılmasını tələb etmiş və su yolu 48 saat ərzində açılmadığı təqdirdə “cəhənnəmlə” hədələmişdi.
İran İslam İnqilabı Keşikçiləri Korpusu da öz növbəsində vəziyyətin pisləşəcəyi təqdirdə bölgədəki düşmənlərin üzünə “cəhənnəm qapılarını” açacağına söz verib.
Sevinc Əliyeva
Ordu.az