Ordu.az xəbər verir ki, bu barədə verilişin aparıcısı Trey İnqst məlumat verib.
“Prezident mənə dedi ki, ABŞ iranlı etirazçılara silah göndərib. “Etirazçılara silah göndərdik, onların çoxuna”, - deyə İnqst Trampdan sitat gətirib və burada iraqlı kürdləri nəzərdə tutduğunu bildirib.
Aparıcının sözlərinə görə, ABŞ Prezidenti iraqlı kürdlərə silah verilməsindən də danışıb.
“Məncə, kürdlər silahları götürüblər”, - deyə o, Trampdan sitat gətirib.
Sevinc Əliyeva
Ordu.az