Ordu.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.
Nəşrin məlumatına görə, Kiyev təkcə amerikalı qanunvericilərə deyil, həm də birbaşa ABŞ ictimaiyyətinə müraciət etmək imkanını nəzərdən keçirir və bununla hərbi yardım üzrə qərarların qəbulunu sürətləndirməyə çalışır.
Mənbələr bildirirlər ki, “Patriot” raketlərinin çatışmazlığı böhran xarakteri almağa başlayır, çünki bu sistemlər Ukrayna şəhərlərinin və infrastrukturunun raket hücumlarından qorunmasında əsas rol oynayır.
Vəziyyət onunla da çətinləşir ki, Vaşinqtonun diqqəti və resursları qismən digər istiqamətlərə, o cümlədən Yaxın Şərqə yönləndirilir.
Bu fonda Ukrayna silah tədarükünün davamlılığını təmin etmək üçün amerikalı siyasətçilərə təzyiqi artırmağa çalışır.
Sevinc Əliyeva
Ordu.az