Ordu.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Türkiyə KİV-in məlumatına görə, Fidan Dəməşqdə Suriya Prezidenti Əhməd əş-Şaraa və Ukrayna Prezidenti Volodimir Zelenski ilə üçtərəfli danışıqlar aparacaq.
Səfər zamanı ikitərəfli məsələlər və regional problemlər müzakirə olunacaq.
“Bu kontekstdə Suriyanın bərpası üzrə ikitərəfli layihələrin qiymətləndirilməsi, Suriyada potensialın gücləndirilməsinə yönəlmiş səylərin nəzərdən keçirilməsi, yanvarın 17-si və 29-u tarixli razılaşmalara uyğun olaraq Suriyanın şimal-şərqinin mərkəzi hökumətə inteqrasiyası məsələsində əldə olunan irəliləyişin dəyərləndirilməsi, Suriyanın təhlükəsizliyinə yönəlmiş təhdidlərin, regiondakı müharibənin Suriyaya təsirinin müzakirəsi, eləcə də digər regional məsələlərin, xüsusilə Livandakı vəziyyətin nəzərdən keçirilməsi planlaşdırılır”, - deyə “TRT Haber” bildirib.
Sevinc Əliyeva
Ordu.az