Tramp İrana söyüşlə müraciət edib, Hörmüz boğazının açılmasını tələb edib və Allahı xatırladıb

2026/03/1774543530.jpg
Oxunub: 546     17:23     05 Aprel 2026    
ABŞ Prezidenti Donald Tramp İrana söyüşlə müraciət edərək növbəti dəfə Hörmüz boğazının açılmasını tələb edib.

Ordu.az xəbər verir ki, bu barədə Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

“Çərşənbə axşamı İranda eyni vaxtda Elektrik Stansiyaları Günü və Körpülər Günü olacaq. Belə şey olmayacaq!!! O lənətə gəlmiş boğazı açın, dəli alçaqlar, yoxsa cəhənnəmdə yaşayacaqsınız. SADƏCƏ BAXIN. Allaha şükür”, - deyə ABŞ Prezidenti yazıb.

Bundan əvvəl, şənbə günü Tramp Hörmüz boğazının açılmasını tələb etmiş, 48 saat ərzində su yolunun açılmayacağı təqdirdə “cəhənnəm”lə hədələmişdi.

SEPAH isə öz növbəsində vəziyyət daha da gərginləşərsə, regionda düşmənlərin üzünə “cəhənnəmin qapılarını” açacağına söz verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin