Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov “Bloomberg” agentliyinə müsahibəsində bildirib.
Gözlənilir ki, nümayəndələr aprelin 12-də qeyd olunacaq Müqəddəs Pasxadan sonra Kiyevə gələcək ABŞ nümayəndə heyətinə rəhbərlik edəcəklər.
Nümayəndə heyətinin tərkibində respublikaçı senator Lindsi Qrem də ola bilər.
“Kuşner, Uitkof, Lindsi Qrem gözlədiyimiz şəxslərdir. Daha kim olacaq, görəcəyik”, - deyə Budanov bildirib.
Bu, Vaşinqtonun Kiyev və Moskva arasında sülh danışıqlarında nümayəndə heyətinə rəhbərlik edən Trampın xüsusi nümayəndələri Uitkof və Kuşnerin Ukraynaya ilk səfəri olacaq.
Bundan əvvəl ABŞ xüsusi nümayəndələri Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya bir neçə səfər ediblər.
Amerikalı rəsmi bildirib ki, Uitkof-Kuşner səfəri Kiyevdə müzakirə olunur, lakin hələ təsdiqlənməyib.
Budanovun sözlərinə görə, Ukrayna ümid edir ki, səfər ABŞ tərəfindən təqdim ediləcək təhlükəsizlik təminatları barədə daha möhkəm razılaşmanın əldə olunmasına gətirib çıxaracaq, bu da atəşkəsdən sonra Rusiyanın təcavüzünü genişləndirməsinə mane olmalıdır.
Sevinc Əliyeva
Ordu.az